Bakı-Quba yolunda ağır qəza - Ata və oğul öldü


14:33     04 Avqust 2017 qeza111.jpg

Bakı-Quba yolunda baş verən qəzada ata və oğul ölüb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 20-cı km-də “Qazel” markalı yük avtomobili “Mercedes” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Qazel” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlunun və 1999-cu il təvəllüdlü İsmixanov Araz Etibar oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1482