Qəzada ölənlərin kimliyi müəyyənləşdi - SİYAHI
14:05 04 Oktyabr 2016
Balakəndə baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub.
Femida.az Apa-ya istinadən xəbər verir ki, hadisə zamanı sürücü, Balakən rayon sakini, 1987-ci il təvəllüdlü Anar Əlixan oğlu Saramanov, sərnişinlər - Balakən rayon sakinləri, 1985-ci il təvəllüdlü Əfqan Nəriman oğlu Doldalov, 1997-ci il təvəllüdlü Fazil Nurəddin oğlu Əzizov və 1998-ci il təvəllüdlü Musa Xəqani oğlu Orucov aldıqları xəsarətdən ölüblər.
***
Balakəndə baş verən ağır yol qəzasında 4 nəfər ölüb.
Hadisə bu gün saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəxsiyyəti hələ ki məlum olmayan sürücünün idarə etdiyi “Pejo” markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Balakən istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı ağaca çırpılıb və zərbənin gücündən avtomobil bir-neçə hissəyə bölünüb.
Qəza zamanı avtomobilin sürücüsü və şəxsiyyəti hələ ki məlum olmayan daha 3 nəfər şəxs hadisə yerində ölüb. Ölən şəxslərin şəxsiyyətini dəqiqləşdirmək üçün cəsədlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinin morquna aparılıb.
Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcilli Yardım şöbəsindən APA-ya bildirilib ki, qəza zamanı ölən şəxslər hamısı kişidir və onlar Balakən rayon sakinləridir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Femida.az
Oxunub: 1500
Oxşar xəbərlər
- Qəzada xəsarət alan neftçilərdən birinin durumu ağırdır
- Qəzadan 3 gün sonra öldü
- Qəzada ölən Xalid imtahanda yüksək bal toplamışdı
- Qəzada komaya düşən şəxs öldü
- Qəzada həlak olan tələbənin atası da keçən il ölübmüş
- Qəzada ölənlərin sayı 5-ə çatdı - YENİLƏNİB (VİDEO)
- Qəzada ölənlərdən biri - Məktəb direktorudur
- Qəzada xəsarət alan sürücü ölüb
- Qəzada ölən polisin anası intihara cəhd etdi - Özünü maşından atdı
- Qəzada ölən QHT rəhbəri ilə bağlı DİN-dən açıqlama