Qəzada xəsarət alan sürücü ölüb


22:22     03 Yanvar 2017 xestexana9.jpg

Şamaxıda yol nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü ölüb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, ötən il dekabrın 24-də Şamaxı şəhərində Sabirabad rayon sakin Mahir Vəliyev idarə etdiyi "BMW" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Xəstəxanaya yerləşdirilmiş sürücü yanvarın 2-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1170