Qəzada xəsarət alan neftçilərdən birinin durumu ağırdır
15:31 03 Noyabr 2017
SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada ağır kəllə-beyin xəsarəti alan qazma köməkçisi, 1965-ci il təvəllüdlü Fikrət Gözəlov Bakı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Femida.az xəbər verir ki, xəstəxananın baş həkiminin müavini Adil Salahov APA-ya bildirib ki, dünən gecə xəstəxanaya gətirilən F. Gözəlov reanimasiya şöbəsindədir. Ağır durumda olan F. Gözəlovun müalicəsi davam etdirilir.
Durumu nisbətən yaxşı olan qazma köməkçisi Cavad Ədilov isə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır.
Qeyd edək ki, SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev "APA-Economics"ə bildirib ki, qəza nəticəsində iki nəfər qazma köməkçisi - Fikrət Gözəlov və Cavad Ədilov xəsarət alıb.
Femida.az
Oxunub: 761
Oxşar xəbərlər
- Qəzadan 3 gün sonra öldü
- Qəzada ölən Xalid imtahanda yüksək bal toplamışdı
- Qəzada komaya düşən şəxs öldü
- Qəzada həlak olan tələbənin atası da keçən il ölübmüş
- Qəzada ölənlərin sayı 5-ə çatdı - YENİLƏNİB (VİDEO)
- Qəzada ölənlərdən biri - Məktəb direktorudur
- Qəzada xəsarət alan sürücü ölüb
- Qəzada ölənlərin kimliyi müəyyənləşdi - SİYAHI
- Qəzada ölən polisin anası intihara cəhd etdi - Özünü maşından atdı
- Qəzada ölən QHT rəhbəri ilə bağlı DİN-dən açıqlama