Qəzada ölənlərin sayı 5-ə çatdı - YENİLƏNİB (VİDEO)


15:07     09 Mart 2017 17198318_10208718285171843_1990349432_n_14890374452.jpg

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5 nəfərə çatıb.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 17 nəfər yaralı aparılıb.

Nazirlik rəsmisinin sözlərinə görə, onlardan ikisinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb: "Hazırda xəstəxanada 15 nəfər müalicə olunur. Daha 4 nəfər Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü ölüb. Bir nəfərin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 5 yaralı isə Xırdalandakı xəstəxanaya çatrılıb. Onlardan ikisi dünyasını dəyişib. Hazırda yaralıların vəziyyəti orta-ağırdır".

L.Bayramovanın sözlərinə görə, hazırda nazirliyin Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisləri yaralılara lazımi yardımın göstərilməsini təmin etmək üşün xəstəxanalara ezam olunublar.

***

10:33

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi zamnı ölənlərin sayı 4-ə çatıb.

Bu barədə Femida.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətnin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb: "Qəzada ölən şəxslərin 4-də tələbədir. Onlardan ikisi oğlan, biri isə qızdır”.

Qeyd edək ki, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. İlkin ehtimala görə, “Ford-Tranzit”in sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus dəmir maneəyə dəyib.



Ceyhun Əhmədli

Femida.az

Açar sözlər:

Oxunub: 2846