Qəzada komaya düşən şəxs öldü
00:14 17 Aprel 2017
Qəbələ rayonunda baş verən ağır avtomobil qəzası zamanı xəsarət alan şəxslərdən biri də bu gün dünyasını dəyişib.
Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə aprelin 15-də Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Qəbələnin Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.
Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1995-ci il təvəllüdlü Nəbiyev Fərid Rəşid oğlu idarə etdiyi “VAZ 2109” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb. Hadisə zamanı sürücü Fərid Nəbiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, avtomobildəki 2 sərnişin, Vəndam qəsəbə sakinləri, 1996-cı il təvəllüdlü Həlimov Fərid Əlibala oğlu və 1991-ci il təvəllüdlü Niftəliyev Mübariz Qurbanəli oğlu ağır bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən və komada olan F. Həlimov həkimlərin səyinə baxmayaraq bu gün dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Oxunub: 727
Oxşar xəbərlər
- Qəzada xəsarət alan neftçilərdən birinin durumu ağırdır
- Qəzadan 3 gün sonra öldü
- Qəzada ölən Xalid imtahanda yüksək bal toplamışdı
- Qəzada həlak olan tələbənin atası da keçən il ölübmüş
- Qəzada ölənlərin sayı 5-ə çatdı - YENİLƏNİB (VİDEO)
- Qəzada ölənlərdən biri - Məktəb direktorudur
- Qəzada xəsarət alan sürücü ölüb
- Qəzada ölənlərin kimliyi müəyyənləşdi - SİYAHI
- Qəzada ölən polisin anası intihara cəhd etdi - Özünü maşından atdı
- Qəzada ölən QHT rəhbəri ilə bağlı DİN-dən açıqlama