İsrail tankları Qəzza zolağına zərbələr endirdi


04:15     07 Oktyabr 2016 israil%20qeza.jpg

İsral rejiminə məxsus tanklar Qəzza zolağının şimalında yerləşən Fələstinin müqavimət hərəkatı olan HƏMAS-ın mövqelərinə və Beyt-Hənun rayonuna zərəbələr endirib.


İsrail tanklarının bu gün endirdiyi zərbələr nəticəsində Beyt-Hənun rayonunda ölən və yaralananların olmadığı bildirilir.

İsrail ordusu tanklardan açılan atəşin Qəzza zolağından Sderot şəhəri istiqamətində atılan raket atəşinə cavab olaraq atıldığını iddia edib.

Xatırladaq ki, işğalçı İsrail mütəmadi olaraq fəlsətinlilərin nəzarətində qalan əraziləri müxtəlif bəhanələrlə bombardman edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1100