İnsanlar niyə məhkəmə qərarlarından şikayətçidir? - SƏBƏB


19:21     12 Oktyabr 2016 1427700436_mehkeme-a620x350.jpg

“Azərbaycan müstəqillik qazandıqdan sonra 25 il ərzində insan hüquqlarının qorunması sahəsində ciddi irəliləyişlər əldə edib”.


Femida.az -ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında çıxışı zamanı komitənin sədri Bahar Muradova deyib.

Vətəndaşların tez-tez məhkəmə qərarları ilə bağlı millət vəkillərinə müraciət etməsinə toxunan B. Muradova bildirib ki, məhkəmə qərarlarından şikayətlərin çoxluğunun bir obyektiv səbəbi var. Bu da məhkəmənin obyektiv qərarından həmişə bir tərəfin narazı qalması ilə bağlıdır: “Məhkəmələrlə bağlı çatışmayan məqamlara dair Məhkəmə Hüquq Şurası qərarlar verir. Ancaq məhkəmə qərarlarından şikayətlərin çoxu məhz məhkəmənin obyektiv qərarından həmişə bir tərəfin narazı qalması ilə əlaqədardır. Məhkəmə sistemi bir neçə instansiyadan ibarətdir. Millət vəkilləri, komitə olaraq biz bununla bağlı vətəndaş cəmiyyəti institutları, QHT-lər vasitəsilə insanların maarifləndirilməsi işinə xüsusi diqqət yetirməliyik. Ümumiyyətlə, məhkəmələrin ədalətli qərarlarından şikayətlərin sayının azaldılması istiqamətində hansı işlər görə biləcəyimiz barədə düşünməliyik”.

Femida.az

Açar sözlər:

Oxunub: 1418