İnsanlar polis zorakılığına qarşı küçələrə axışdı


00:58     19 Fevral 2017 image599.jpeg

Fransada polis zorakılığına qarşı etirazlar səngimir.

Bir müddət əvvəl 22 yaşlı qaradərilinin bir qrup polis əməkdaşı tərəfindən zorakılığa məruz qalmasına qarşı nümayişlər 10 gündən artıqdır davam edir.

Polis özbaşınalığına etirazını bildirmək və qaradərili gənclə həmrəylik nümayiş etdirmək üçün yüzlərlə adam paytaxt Paris və digər şəhərlərdə aksiyalar keçirib.

Tuluz və Renn şəhərlərində aksiyalar dinc başa çatsa da, Parisdə aksiya iştirkaçıları ilə polis arasında ciddi toqquşmalar baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1203