“Qarabağ”ın oyununa 15 min bilet satılıb


00:14     15 İyul 2015 93600.jpg


Sabah keçiriləcək “Qarabağ”-“Rudar” oyununa satılan biletlərin sayı məlum olub.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlamasında bildirib ki, bu günə qədər 15 min bilet satılıb.

Nurlan İbrahimov onu da qeyd edib ki, 8 min bilet də fan klublara verilib: "Futbolçular oyuna tam hazırdır və motivasiya yüksəkdir. Komandada itki yoxdur. Məşqlər sabah saat 19:45-də başlayacaq".

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında II təsnifat mərhələsində Monteneqronun "Rudar" klubu ilə sabah saat 21:00-da qarşılaşacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. (qafqazinfo)

Açar sözlər:

Oxunub: 922