“Qarabağ”ın rəqibləri müəyyənləşdi


00:53     25 Avqust 2017 uefa_cempionlar.jpg

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.


Femida.az-nı məlumatına görə, Fransanın Monako şəhərində baş tutub.

Əsas raundda iştirak edən 32 komanda 8 qrupa bölünüb. ÇL-in qrup mərhələsində ilk dəfə Azərbaycan komandası da təmsil olunub.

Beşqat Azərbaycan çempionu “Qarabağ” C qrupunda mübarizə aparacaq.

"Qarabağ" rəqibləri “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya) və “Roma” (İtaliya) klublarıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1510