“Qarabağ”ın ev oyunlarının biletləri satışa çıxarılıb


23:58     12 Sentyabr 2017 17_08_30_1504078512.jpg

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsində evdə keçirəcəyi oyunların biletləri satışa çıxarılıb.


Femida.az xəbər verir ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”-“Roma” oyununa bilet satışı artıq davam edir. Ancaq bu gündən “Qarabağ”-“Atletiko” və “Qarabağ”-“Çelsi” matçlarına da bilet əldə etmək olar.

“iTicket.az” saytında onlayn satışa çıxarılan biletlərin qiyməti 2-50 manat arasında dəyişir. “Qarabağ” komandası oktyabrın 18-də“Atletiko”nu, noyabrın 22-də isə “Çelsi”ni qəbul edəcək.

Qeyd edək ki, “Qarabağ”-“Roma” oyununa 30 mindən artıq bilet satılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 777