Əməkdar rəssam vəfat edib
04:14 22 Oktyabr 2016
Oktyabrın 20-si səhər saatlarında Azərbaycanın ilk kukla rəssamı, əməkdar rəssam Solmaz Musayeva 89 yaşında vəfat edib.
Femida.az Milli.Az-a istinadən xəbər verir ki, Solmaz Qurban qızı Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açıb.
1987-ci ildən etibarən fərdi yaradıcılıqla məşğul olan Solmaz xanımın yaratdığı 4000-dən artıq etnoqrafik suvenir kuklalar (Azərbaycanın müxtəlif bölgələrinə aid geyimlərdə) muzeylərdə, Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
2007-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülüb.
Mərhum Mərdəkan qəbristanlığında, vəsiyyətinə əsasən atası Qurban Musayevin yanında dəfn edilib.
Allah rəhmət eləsin!
Oxunub: 1172
Oxşar xəbərlər
- Əməkdar artist vəfat etdi
- Əməkdar jurnalist Sülh Platformasına qoşulub - FOTO
- Əməkdar artistdən şok açıqlama: `Bilik aktyor üçün faciədir` - VİDEO
- Əməkdar artist vəfat edib
- Əməkdar artist vəfat edib
- Əməkdar artist dünyasını dəyişdi
- Əməkdar rəssam vəfat edib
- Əməkdar elm xadimi vəfat edib
- Əməkdar artist dünyasını dəyişdi
- Əməkdar artistin əri döyüldü - Gecə klubunda