Əməkdar rəssam vəfat edib


23:44     24 Dekabr 2016 br68.jpg

Əməkdar rəssam Fərman Qulamov 71 yaşında vəfat edib.


Femida.az xəbər verir ki, bu barədə APA-ya rəssam Nəvai Mətin məlumat verib.

N. Mətinin sözlərinə görə, F. Qulamov bu gün dəfn olunub.

Qeyd edək ki, əməkdar rəssam 1945-ci ildə Astara şəhərində anadan olub. O, 1976-cı ildə Tiflis Rəssamlıq Akademiyasını bitirib. F. Qulamov 1973-cü ildən Azərbaycan Rəssamlıq İttifaqının üzvü idi. 1993-1994-cü illərdə "Humay" mükafatına layiq görülüb. 2006-cı ildən əməkdar rəssam fəxri adını daşıyan F. Qulamovun əsərlərinin Kiyev, Cenevrə və İsveçrədə sərgisi keçirilib.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 873