Əməkdar artist dünyasını dəyişdi
15:28 23 Yanvar 2017
Azərbaycanın əməkdar artisti dünyasını dəyişib.
Femida.az xəbər verir ki, Nəcəf Bəy Vəzirov adına Lənkəran Dram Teatrının aktyoru əməkdar artist Təvəkkül Əliyev 65 yaşında vəfat edib.
Onun bu gün səhər saatlarında ürəktutmadan vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Təvəkkül Əjdər oğlu Əliyev 1951-ci ildə anadan olub.
O, 1973-cü ildə İncəsənət İnistitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. T.Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M.İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olub. Daha sonra o, N.Xəzrinin "Sən yanmasan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Hikmətin "Bayramın birinci günü", A.P.Çexovun "Yubiley", M.İbrahimovun "Kəndçi qızı", M.Musiyenkonun "Nəsillər, eşidin!", V.Şekspirin "Qış nağılı", H.Cavidin "Topal Teymur", S.Vurğunun "Fərhad və Şirin", Ə.Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar", Ə.Əylislinin "Vəzifə" və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yadda qalan obrazlar yaradıb. O, səhnə fəaliyyəti ilə yanaşı rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edib.
Xalq artisti Böyükxanım Əliyevanın həyat yoldaşıdır.
25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Femida.az
Oxunub: 1495
Oxşar xəbərlər
- Əməkdar artist vəfat etdi
- Əməkdar jurnalist Sülh Platformasına qoşulub - FOTO
- Əməkdar artistdən şok açıqlama: `Bilik aktyor üçün faciədir` - VİDEO
- Əməkdar artist vəfat edib
- Əməkdar artist vəfat edib
- Əməkdar rəssam vəfat edib
- Əməkdar elm xadimi vəfat edib
- Əməkdar artist dünyasını dəyişdi
- Əməkdar rəssam vəfat edib
- Əməkdar artistin əri döyüldü - Gecə klubunda