Yolu keçmək istədi, xəstəxanalıq oldu


23:22     22 Oktyabr 2016 astarada-piyadan-vurub-ldrdlr_14.jpeg

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.


Hadisə şəhərin yeni Gəncə qəsəbəsi ərazisində, 28 May küçəsində qeydə alınıb. Yolu keçmək istəyən şəhər sakini Dilbər Abdullayeva avtomobillə vurulub. Qəzanı törədən sürücü xəsarət alan qadını dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 858