Mərkəzi Bankın növbəti hərracı olacaq


00:34     28 Oktyabr 2016 dollar%20herrac3.jpg

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 31-də 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.


Femida.az AMB-nin saytına istinadən xəbər verir ki, hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.

Depozitlər üzrə faiz dərəcəsi 12,01-14,99 % arasında dəyişəcək. Vəsaitlərin yerləşdirmə müddəti 28 gündür.

Qeyd edək ki, Azərbaycanda 32 bank fəaliyyət göstərir.

Femida.az

Açar sözlər:

Oxunub: 1193