Türkiyədə terror hücumu; 2 şəhid, 2 yaralı


01:21     28 Oktyabr 2016 tecili03.jpg

Türkiyənin Diyarbəkir vilayətinin Hani rayonunda PKK-çı terrorçular tərəfindən təşkil edilən hücum nəticəsində 2 əsgər həlak olub, 2 əsgər yaralanıb.


Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, partlayış ərazidə təhlükəsizlik qüvvələrinin kəşfiyyat işləri apardığı zaman terrorçuların əvvəlcədən yerləşdirdiyi partlayıcı qurğunu işə salması nəticəsində baş verib.

Yaralı əsgərlər Diyarbəkir Səlahəddin Əyyubi Dövlət Xəstəxanasında müalicə altına alınıb. Terrorçuların yaxalanması üçün bölgədə əməliyyat başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 929