Rayonlara qar yağır - Faktiki hava şəraiti


17:51     02 Noyabr 2016 qar.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən Femida.az-a əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 01-i gündüzdən 02-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.

Düşən yağıntının miqdarı

Lənkəran-Astara zonasında və Naxçıvan MR-da: 1-11, Böyük Qafqazda: 1-15, Qazax-Gəncə zonasında: 2-29, Mərkəzi-Aran rayonlarında: 2-13, Kiçik Qafqazda: 28-44, Bakıda və Abşeron yarımadasında: 1-9 mm olub.

Qar örtüyünün hündürlüyü

Kirəndə (Tovuz) 55, Qaraqollarda (Daşkəsən) 52, Alaxançallıda (Daşkəsən) 30, Gədəbəydə 42, Qalakənd (Gədəbəy), Daşkəsəndə 40, Sarıbaşda 30, Zəyəmçayda (Tovuz) 17, Xınalıqda 14, Göygöldə 8, Çaykənddə 2, Qubanın dağlıq ərazilərində: Ləzədə 20, Xınalıqda 18, Altıağacda 4, Xaltanda 2, Qonaqkənd, Nohurdüz, Susayda 6, Rükdə 8 sm təşkil edib.

Külək: Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.

Femida.az

Açar sözlər:

Oxunub: 1571