Rayonlara qar yağacaq - Proqnoz
13:07 19 Dekabr 2016
Dekabrın 19-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Femida.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 9-14° şaxta,
gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 1222
Oxşar xəbərlər
- Rayonlara qar yağıb - FAKTİKİ HAVA
- Rayonlara qar yağır - FAKTİKİ HAVA
- Rayonlara leysan yağdı - FAKTİKİ HAVA
- Rayonlara qar yağacaq
- Rayonlara qar yağacaq
- Rayonlara qar yağdı - Yollarda son vəziyyət
- Rayonlara qar yağacaq
- Rayonlara intensiv qar yağıb - FAKTİKİ HAVA
- Rayonlara avtobusla sərnişin daşıyanlara - XƏBƏRDARLIQ
- Rayonlara qar yağır - Faktiki hava şəraiti