Rayonlara qar yağacaq
13:49 24 Dekabr 2016
Dekabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, gecə və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əksər rayonlarda əsasən yağmursuz, lakin gündüz bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Oxunub: 1387
Oxşar xəbərlər
- Rayonlara qar yağıb - FAKTİKİ HAVA
- Rayonlara qar yağır - FAKTİKİ HAVA
- Rayonlara leysan yağdı - FAKTİKİ HAVA
- Rayonlara qar yağacaq
- Rayonlara qar yağacaq
- Rayonlara qar yağdı - Yollarda son vəziyyət
- Rayonlara qar yağacaq - Proqnoz
- Rayonlara intensiv qar yağıb - FAKTİKİ HAVA
- Rayonlara avtobusla sərnişin daşıyanlara - XƏBƏRDARLIQ
- Rayonlara qar yağır - Faktiki hava şəraiti