Rayonlara intensiv qar yağıb - FAKTİKİ HAVA
15:19 15 Dekabr 2016
Azərbaycanda dekabrın 14-i gündüzdən dekabrın 15-sı səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi dekabrın 14-ü gün ərzində, 15-i gecə və səhər ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-2, Böyük Qafqazda 2-29, Lənkəran-Astara zonasında 1-42, Kiçik Qafqazda 13-15, Qazax-Gəncə zonasında 1-17, Mərkəzi Aran rayonlarında 1-18, Naxçıvan MR-da 1-10 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Ağdərə, Gədəbəydə 22, Xınalıq, Daşkəsəndə 17, Qubada 15, Qubanın dağlıq ərazilərində 10-25, Zaqatala, Göygöldə 13, Şəki, Oğuzda 12, Balakəndə 11, Rvarudda 9, Şamaxı, Naxçıvanda 8, Şahbuz, Ordubadda 7, Altıağac, Sarıbaşda 6, İsmayıllı, Tərtərdə 5, Göyçay, Lerikdə 4, İmişli, Göytəpə, Şabranda 3, Kəlvəz, Astara, Beyləqan, Zərdabda 2, Şərur, Xaçmaz, Lənkəranda 1 sm olub.
Femida.az
Oxunub: 1175
Oxşar xəbərlər
- Rayonlara qar yağıb - FAKTİKİ HAVA
- Rayonlara qar yağır - FAKTİKİ HAVA
- Rayonlara leysan yağdı - FAKTİKİ HAVA
- Rayonlara qar yağacaq
- Rayonlara qar yağacaq
- Rayonlara qar yağdı - Yollarda son vəziyyət
- Rayonlara qar yağacaq
- Rayonlara qar yağacaq - Proqnoz
- Rayonlara avtobusla sərnişin daşıyanlara - XƏBƏRDARLIQ
- Rayonlara qar yağır - Faktiki hava şəraiti