Türkiyə ordusunda baş örtüsünə icazə verildi


18:06     11 Noyabr 2016 toren-487.jpg

Türkiyə Silahlı Qüvvələrində çalışan sivil işçilərə baş örtüsü icazəsi gəlib. Yeni dəyişikliyə görə, qadın işçilər baş örtüsü ilə, kişi işçilər isə qalstuk və pencəksiz xidmət edə biləcəklər.


Femida.az Türkiyənin Rəsmi qəzetinə istinadən xəbər verir ki, yeni dəyişiklik Silahlı Qüvvələrdə, Jandarm və Sahil Təhlükəsizlik Komandanlığında çalışan təqribən 30 min mülki işçiyə aid ediləcək. Mənbə bildirir ki, dəyişikliyin ardından kişilər müəyyən ölçüdə saqqal və bığ da saxlaya biləcəklər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1409