Mərkəzi Bank hərrac keçirəcək


18:55     11 Noyabr 2016 merkezi%20b.jpg

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.


AMB-dən Femida.az -a verilən məlumata görə, noyabrın 14-də keçiriləcək depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gün təşkil edir.

Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir.

Hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1173