Sabiq prezidentin cəsədi eksqumasiya olunub


21:42     15 Noyabr 2016 lex.jpg

Polşanın Krakov şəhərində 2010-cu ilin aprelində Smolensk ətrafında təyyarə qəzasında həlak olmuş sabiq prezident Lex Kaçinskinin və onun həyat yoldaşının cəsədləri eksqumasiya olunub.



Femida.az Euronews telekanalına istinadla xəbər verir ki, Polşanın hakimiyyət orqanlarında qəzanın səbəbləri ilə bağlı şübhələr yaranıb. Təyyarənin göyərtəsindəki sərnişinlərin cəsədlərinin təhqiqi bu ehtimalların təsdiqinə, yaxud təkzibinə kömək edəcək.

Kaçinskilər cütlüyünün cəsədləri Krakovun Vavelsk qəsrində sarkofaqda dəfn olunub. Dörd gün ərzində ekspertizalardan, o cümlədən kompüter tomoqrafiyasından sonra Kaçinskilər ailə üzvlərinin iştirakı ilə yenidən dəfn ediləcək.

Smolensk ətrafında baş vermiş qəzanın rəsmi səbəbi kimi, mürəkkəb hava şəraitində ekipajın ehtiyat aerodroma getməmək barədə qərarı göstərilir. Yeni informasiyaya əsasən isə təyyarə düşdüyü yerdən 900 metr məsafədə havada parçalanmağa başlayıb.

Xatırladaq ki, qəzaya uğrayan təyyarənin göyərtəsində Xatında matəm mərasimlərində iştirak etməyə gedən 96 sərnişin olub. Onların hamısı həyatını itirib.

Açar sözlər:

Oxunub: 1722