Trampın keçmiş arvadı səfir olmaq istəyir


19:56     16 Noyabr 2016 20160404-trump-post.jpg

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp Çexiyada səfir olmaq istəyir.


Femida.az xəbər verir ki, İvana Tramp bu barədə “New York Post" qəzetinə açıqlamasında deyib.

`Mən çexiyalıyam. Dilini də bilirəm. Hamı məni tanıyır. Təkcə ABŞ-da deyil, bütün dünyada tanınram. Üç kitab yazmışam. Onlar 40 ölkədə 25 dilə tərcümə edilib. 2017-ci il yanvarın 20-dək Donald Trampa yardım edəcəyəm`, - deyə o bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1213