Trampın müsəlmanlarla bağlı fərmanı qismən qüvvəyə minib


23:23     26 İyun 2017 tramp%20(1).jpg

Bu gün ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ali Məhkəmənin qadağanı qismən qəbul etməsinə baxmayaraq, işin hələ davam edəcəyi qeyd edilib.

Qeyd edək ki, D. Trampın həmin fərmanı İran, İraq, Liviya, Somali, Sudan, Suriyə və Yəmən vətəndaşlarının 90 gün müddətinə ABŞ-a gəlişinə qadağanı nəzərdə tutub. İraq sonradan bu siyahıdan çıxarılıb. Lakin Vaşinqton ştatının Sietl Federal Məhkəməsi və Havay ştatının Qonolulu Federal Məhkəməsi bu fərmanın əleyhinə qərar verib və fərman icra olunmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1395