Trampın reytinqi ən aşağı səviyyəyə düşüb


16:10     20 May 2017 tramp%20(1).jpg

ABŞ prezidenti Donald Trampın reytinqi inauqurasiyadan bu yana ən aşağı səviyyəyə düşüb.


Femida.az xəbər verir ki, bu barədə “Reuters/Ipsos”un sorğusunda deyilir.

Sorğunun nəticələrinə əsasən, onu amerikalıların yalnız 38 faizi dəstəkləyir. 56 faiz Trampın əleyhinə çıxıb. Sorğu iştirakçılarının 6 faizi isə onun barəsində düşüncələrinin “qarışıq” olduğunu bildirib.

Respublikaçıların 23 faizi amerikalı liderin siyasətindən narazıdır. Bir həftə əvvəl isə bu rəqəm 16 faiz olub.

Femida.az

Açar sözlər:

Oxunub: 949