Trampın Putinə təşəkkürü amerikalı diplomatları qəzəbləndirdi


16:39     11 Avqust 2017 170707-trump-putin-g20-tease-njs-936a.nbcnews-ux-1080-600.jpg

Donald Trampın Rusiyadakı amerikalı diplomatların ixtisarı ilə əlaqədar Vladimir Putinə təşəkkür etməsi ABŞ Dövlət Departamentinin əməkdaşlarının narazılığına səbəb olub


Femida.az xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Ölkə xaricində çalışan amerikalı diplomatlardan biri qeyd edib ki, bu cür mövqe hətta ABŞ xarici siyasət idarəsinin bir çox ştatlı əməkdaşını işi tərk etməyə sövq edə bilər.

Adının çəkilməsini istəməyən başqa bir əməkdaş isə sözügedən hadisə ilə bağlı bunları söyləyib: “Mən zarafat etmirəm, bu barədə son 5 dəqiqədə mənə 3 nəfər dedi. Hər kəs heyrətlənib. Bu, bizim yerlərdəki bütün əməkdaşlarımıza qorxunc siqnaldır”.

ABŞ dövlət katibinin sabiq müavini Nikolas Berns isə prezidentin sözlərini utandırıcı adlandırıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1262