Trampın immiqrasiya fərmanını əngəlləndi


02:12     13 İyun 2017 tramp%20(1).jpg

ABŞ-da sayca ikinci appelyasiya məhkəməsi prezident Donald Trampın əhalisinin əksəriyyəti müsəlman olan altı ölkə vətəndaşının Amerika ərazisinə girişini müvəqqəti qadağan edən immiqrasiya fərmanını əngəlləyib.


Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "New York Times" nəşri yazıb.
Qərar San-Fransiskonun 9-cu Dairə məhkəməsi tərəfindən qəbul olunub. Bundan əvvəl analoji qərarı Riçmondun (Virciniya ştatı) 4-cü Appelyasiya məhkəməsi qəbul etmişdi.
Prezident Administrasiyası artıq məhkəmə qadağalarından Ali Məhkəməyə şikayət etmək niyyətində olduğunu bəyan edib.

Açar sözlər:

Oxunub: 650