Gürcüstan parlamentinə yeni sədr seçilib
01:12 19 Noyabr 2016
Gürcüstan parlamentinin yeni sədri bəlli olub.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, qanunverici orqanın bu gün keçirilən ilk iclasında parlament çoxluğu sədr vəzifəsinə İrakli Kobaxidzenin namizədliyini irəli sürüb. Keçirilən səsvermədə 118 səs alan İ. Kobaxidze parlamentin sədri seçilib.
Yeni sədr çıxışında bildirib ki, fəaliyyəti zamanı neytral olacaq: “Mən parlament sədrliyinin nə demək olduğunu və onun funksiyalarını çox yaxşı bilirəm. Əsas funksiyam ondan ibarət olacaq ki, hər partiya, hər deputat parlamentin işinə və ölkənin gələcəyinə töhfə vermək üçün maksimal imkan əldə etsin. Mən konstruktiv işi təmin etmək üçün hər şeyi edəcəyəm”.
Qeyd edək ki, İ. Kobaxidze “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının icraçı katibi idi. 1978-ci il təvəllüdlü yeni sədr Almaniyanın Düsseldorf Universitetində hüquq təhsili alıb. Son vaxtlara qədər Cavaxişvili adına Tiflis Dövlət Universitetində çalışıb. Hüquq professorudur.
Parlamentin ilk iclasında fraksiyalar da formalaşdırılıb. Hakim “Gürcü Arzusu” və müxalifətdəki Vahid Milli Hərəkat hərəyə 2 fraksiya yaradıblar. 5-ci fraksiyanı isə 6 deputatı olan “Vətənpərvərlər İttifaqı” formalaşdırıb.
Oxunub: 1232
Oxşar xəbərlər
- Gürcüstandan maşın gətirənlər DİQQƏT: “Prikidka” qadağan olundu
- Gürcüstanda Qarabağ şəhidi anılıb
- Gürcüstan prezidenti İlham Əliyevə məktub göndərib
- Gürcüstan azərbaycanlılarının ombudsmana şikayətləri artıb
- Gürcüstanda zəlzələ olub
- Gürcüstanda Ermənistan vətəndaşları saxlanıldı
- Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb
- Gürcüstana gedənlərin sayında ciddi artım - STATİSTİKA
- Gürcüstanda azərbaycanlı cinayətkar dəstə üzvləri tutulub
- Gürcüstan Müsəlmanları İdarəsi illik hesabat verib