Rusiyalı spiker İrəvanda Qarabağdan danışdı


13:11     24 Noyabr 2016 volodin.jpg

İrəvanda səfərdə olan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşüb.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylər müzakirə olunub.

Məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativin olmadığını, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 1569