Rusiyalı jurnalist Ukraynadan deportasiya edildi


18:12     05 Oktyabr 2017 844e37289290d3589ddf68eeafcff779.jpg

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın NTV kanalının jurnalisti Vyaçeslav Nemışevi ölkədən çıxarıb


Femida.az-ın RİA "Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Jurnalistin 3 il ərzində Ukraynaya girişi qadağan edilib.

Rusiya Federasiyası İctimai palatası bu məsələyə operativ reaksiya verməsi üçün ATƏT-in media azadlığı üzrə nümayəndəsinə müraciət edib.

Rusiya XİN də bu addımı mediaya təzyiq kimi qiymətləndirib və dünya ictimaiyyətini buna qiymət verməyə çağırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 683