Rusiyalı deputat Sülh Platformasına qoşuldu
21:13 06 Fevral 2017
Rusiya Federasiyası Udmurtiya Respublikasının Sarapul rayonu Deputatlar Şurası Prezidiumunun üzvü və Rusiya Federasiyası Kommunist Partiyası fraksiyasının rəhbəri Elgiz Hacıyev Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmaqla bağlı bəyanat verib.
Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi, həmçinin Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət bəslənildiyi qeyd olunur:
“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəklində birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, təşkilat adından, mən, Elgiz Hacıyev, bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı təsdiq edirəm”.
Femida.az
Oxunub: 1461
Oxşar xəbərlər
- Rusiyalı jurnalist Ukraynadan deportasiya edildi
- Rusiyalı turistlərlə dolu avtobus yandı
- Rusiyalı haker tutuldu - ABŞ-ın tələbi ilə
- Rusiyalı diplomat Türkiyə XİN-ə çağırıldı
- Rusiyalı milyarderlərin siyahısına Leonid Mixelson başçılıq edir
- Rusiyalı politoloq Sülh Platformasına qoşulub
- Rusiyalı teleaparıcıdan Azərbaycana qarşı hörmətsizlik - FOTOFAKT
- Rusiyalı nazir Bakıya gəlir
- Rusiyalı spiker İrəvanda Qarabağdan danışdı
- Rusiyalı sənətçinin adı `qara siyahı`dan çıxarıldı - RƏSMİ