Rusiyalı politoloq Sülh Platformasına qoşulub
21:12 16 Mart 2017
Rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Rusiya təhlili" nəşrinin baş redaktoru Yevgeni Mixaylov Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu barədə bəyanat verib.
Sülh Platformasının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bəyanatda deyilir:
“İnsanlar müharibədən yorulub. Artıq 25 il davam Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə son qoymaq lazımdır. Eyni zamanda Ermənistan və Azərbaycan respublikalarının suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini nəzərə almaq çox vacibdir. Həmçinin mövcud münaqişəni beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində həll olunmasının vacibliyini qeyd etmək istəyirəm.
30 il əvvəl biz iki xalqın əsrlərlə formalaşan dostluq və sülh şəraitində yaşamasının şahidi idik. Müasir dövrümüzdə iki xalqın bir-birinə münasibətinin yalnız müharibə kontekstində olmasını dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm. Mən iki xalqın sülh və qardaşlıq şəraitində birgə yaşamasına və 25 il ərzində davam edən münaqişənin sülh yolu ilə həllinə dəstəyimi ifadə etmək istəyirəm. Bu səbəbdən məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan “Ermənistan Azərbaycan Sülh Platforması”na dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.
Femida.az
Oxunub: 645
Oxşar xəbərlər
- Rusiyalı jurnalist Ukraynadan deportasiya edildi
- Rusiyalı turistlərlə dolu avtobus yandı
- Rusiyalı haker tutuldu - ABŞ-ın tələbi ilə
- Rusiyalı diplomat Türkiyə XİN-ə çağırıldı
- Rusiyalı milyarderlərin siyahısına Leonid Mixelson başçılıq edir
- Rusiyalı teleaparıcıdan Azərbaycana qarşı hörmətsizlik - FOTOFAKT
- Rusiyalı deputat Sülh Platformasına qoşuldu
- Rusiyalı nazir Bakıya gəlir
- Rusiyalı spiker İrəvanda Qarabağdan danışdı
- Rusiyalı sənətçinin adı `qara siyahı`dan çıxarıldı - RƏSMİ