Rusiyalı teleaparıcıdan Azərbaycana qarşı hörmətsizlik - FOTOFAKT


17:21     14 Mart 2017 638.jpg

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Rusiyanın federal telekanalı “TV Tsentr”ın aparıcısı Roman Babayan Dağlıq Qarabağa qanunsuz səfər etmişdi.


Bundan sonra Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayaraq məsələnin araşdırlacağını və zəruri tədbirlər görüləcəyini bildirmişdi. Rəsmi açıqlamada bildirilirdi ki, bu tədbirlərin içərisində Roman Babayanın arzuolunmaz şəxslər siyahısına daxil edilməsi də istisna deyil.

Lakin Nazirliyin bu açıqlaması görünür, Roman Babayanı qətiyyən narahat etməyib. Belə ki, o, şəxsi tvitter hesabı vasitəsilə Xarici İşlər Nazirliyinin məlum açıqlamasına kinayə edirmiş kimi “Bundan sonra necə yaşayaq? Heç bilmirəm” şərhini verib.

R.Babayanın həmin paylaşımını oxuculara təqdim edirik:



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 14739