Telefon və nömrə satışı ilə bağlı cəzalar sərtləşdirilib


18:24     29 Noyabr 2016 telefon3.jpg

Azərbaycanda rabitə xidməti qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib.


Femida.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə 362-1-ci və 362-2-ci maddələrin əlavə edilməsini nəzərdə tutan layihə müzakirə olunub.

Yeni maddələrə əsasən, rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanılan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslərin 4000 manat miqdarında, hüquqi şəxslərin isə 6000 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.

Ərizəçiyə dair məlumatların vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə vəzifəli şəxslərə 2000 manat miqdarında, hüquqi şəxslərə isə 3000 manat miqdarında cərimə tətbiq olunur.

Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 4000 manat miqdarında, hüquqi şəxslər 6000 manat miqdarında cərimə edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1294