Telefon qovşağından oğurluq edilib


17:31     06 Yanvar 2018 1444025855_ogurluq1.jpg

Bakıda telefon qovşağından oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 2-dən 5-dək olan müddətdə Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabelinin kəsilərək oğurlanması barədə 14-cü Polis Bölməsinə müraciət daxil olub. Faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 836