Telefon oğurlayan şəxsə 9 il HƏBS


20:25     05 Aprel 2017 523930-arrest-representational-getty.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vidadi Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Nəzərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “28 May” stansiyasında Bakı şəhər sakini Fəvziyyə Yusufovaya məxsus çantadan 5000 rubl və 150 manat oğurlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vidadi Nəzərov tutulub. Onun daha üç qadına məxsus mobil telefonları oğurlaması da müəyyənləşib.

Femida.az

Açar sözlər:

Oxunub: 1049