Mehriban Hüseynovanın məhkəməsi oldu


21:44     29 Noyabr 2016 milc-2016-02-02-4035409.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar verib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 1454