Qənirə Paşayeva internat məktəbində uşaqlarla görüşüb


00:47     04 Dekabr 2016 a997b335c94c77061d9f3a898ffda1bc.jpg

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Əlillər Günündə Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlər və fiziki imkanları məhdud uşaqlarla görüşüb.


Femida.az -ın məlumatına görə, Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Eldar Hümbətov çıxış edərək bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunub. O, Qənirə Paşayevaya təşəkkürünü bildirib.

Uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva onların hər birinə həyatda arzularına çatmalarını diləyib. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə ayırmamağa çağırıb.

Görüşün sonunda Q.Paşayeva müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün kitablar hədiyyə edib.

Qənirə Paşayevanın təşəbbüsü ilə doktor İradə Hacıyevanın rəhbərlik etdiyi "Vertebra" mərkəzinin tibb heyəti Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada hər bir uşağı müayinə edib, uşaqlar arasında skalioz və kifozların artmaması üçün müəllim və tərbiyəçi heyətinə tövsiyələrini veriblər.

Açar sözlər:

Oxunub: 1983