Ölkə başçısı finlandiyalı həmkarını təbrik edib


00:11     06 Dekabr 2016 1428589980_2014-12-30-13-39-17prezident_srncam_17ght.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib.


Femida.az -ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm".

Açar sözlər:

Oxunub: 962