Ölkəyə qanunsuz telefon gətirilməsinin qarşısı alındı
17:00 28 Oktyabr 2017
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən və gizli keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Pakistan vətəndaşı gömrük nəzarətindən keçərkən onun əl yükü rentgen aparatı ilə yoxlanılıb. Yoxlama zamanı, monitorda mobil telefonların təsviri göründüyü üçün həmin şəxs saxlanılıb və təkrar yoxlamaya dəvət olunub.
Təkrar yoxlama nəticəsində, vətəndaşın bel çantasının içərisindəki şəxsi əşyaların arasında 4 ədəd "İphone 5S" markalı və 4 ədəd "İphone 6" markalı mobil telefonlar aşkar edilib.
Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı isə vətəndaşın əynindəki köynəyin sağ və sol qol nahiyələrinin hər birinin altında 1 ədəd və bel nahiyəsində köynəyin altında 2 ədəd "İphone 5S" markalı, gödəkçənin ciblərində isə 6 ədəd "İphone 5S" və 11 ədəd "İphone 6" markalı mobil telefonlar aşkar olunub.
Beləliklə, vətəndaşın əl yükündə və üzərində ümumilikdə 29 ədəd mobil telefon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 950
Oxşar xəbərlər
- Ölkəyə qanunsuz gətirilən telefonlar müsadirə olundu
- Ölkəyə gətirilən maşınların sayı artıb
- Ölkəyə təyyarə ilə sursat gətirmək istədilər
- Ölkəyə qadağan olunmuş maddə gətirmək istədilər
- Ölkəyə gətirilən dərmanlar ucuzlaşıb
- Ölkəyə qızıl gətirən şəxs saxlanılıb
- Ölkəyə gələn xaricilərin ezamiyyət xərcləri artıb
- Ölkəyə gətirilən bu məhsullar məhv edildi
- Ölkəyə gətirilən tütün toxumları ilə bağlı mühüm dəyişiklik
- Ölkəyə qanunsuz dərman gətirənlər tutuldu