Sabiq polis rəisi arvadının məhkəməsində ifadə verib


20:54     10 Dekabr 2016 1398947325_mehkeme3.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın məhkəməsi davam etdirilib.


Femida.az -ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Mahir Əkbərov ifadə verib. O, bildirib ki, uşaqlarından biri əlildir: "Bir nəfər tutmuşam, ayda min manat verirəm uşağa baxır. Leyla tutulandan sonra mənim də haqqımda yazmağa başladılar. Neynəmişəm axı mən? Mən heç kimdən pul almamışam".

Zalda əyləşən zərərçəkmiş şəxs Anara Məmmədova isə deyib ki, yoldaşının Dövlət İdarəçilik Akademiyasında təhsil almasının həll olunması üçün Mahir Əkbərova 12 min manat verib. O, bununla bağlı telefon danışıqlarını məhkəməyə təqdim edəcəklərini deyib. M. Əkbərov isə heç kimdən pul almadığını deyib. Hakim həmin məsələnin araşdırılacağını deyib.


Proses dekabrın 22-də davam edəcək.

Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşı L. Əkbərova özünü internat evinin müdiri kimi təqdim edib. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.


Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyib. O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.

Adı dələduzluqda hallanan polis rəisi Mahir Əkbərov polis orqanlarından xaric edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1659