Avropa Məhkəməsinə ən çox müraciət edən ölkələr - Ermənistan da siyahıdadır


14:59     16 Dekabr 2016 avropa%20mehjkemesi.jpg

Femida.az Avropa İnsan Haqları Məhkəməsinə müraciət edən ölkələrin statistikası ilə bağlı araşdırma aparıb. Araşdırmada bu il və ötən 10 il ərzində Avropa Məhkəməsinə daha çox müraciət edən ölkələr barədədir.



Avropa Məhkəməsinə Azərbaycandan 10 il ərzində 771 şikayət ərizəsi daxil olub. 2016-cı ildə bu rəqəm 87 olub. Noyabr ayında Azərbaycan məhkəmələrindən narazı qalanların sayı 7 nəfər olub. Saytın rəsmi səhifəsinin yaydığı statistikaya əsasən Azərbaycandan Avropa Məhkəməsinə şikayət edən şəxslərin sayı ilin sonuna doğru azalıb. Bu rəqəm ötən illərlə müqayisədə də azalmağa doğru gedir. Ötən il Azərbaycandan Avropa Məhkəməsinə 96 şikayət ərizəsi daxil olub.

Avropa Məhkəməsinə bu il ərzində Ermənistandan 87 ərizə daxil olub. Son 5 ildə Ermənistandan Avropa Məhkəməsinə 305 ərizə daxil olub. Ümumilikdə Ermənistandan Avropa Məhkəməsinə 10 il ərzində 477 şikayət ərizəsi daxil olub. Təkcə noyabr ayında Ermənistandan Avropa Məhkəməsinə 26 şikayət daxil olub. Bu isə ötən illərlə müqayisədə çoxdur. Rəsmi statistikaya əsasən Ermənistandan Avropa Məhkəməsinə gedən şikayətlərin sayı ilin sonuna doğru artıb. Şikayətlərin əsas mövzusu isə siyasi motivdədir.

Qonşu ölkələrin də statistikası olduqca maraqlıdır. Türkiyə Cümhuriyyətindən olan narazı vətəndaşlardan Avropa Məhkəməsinə
son 10 ildə 17595 şikayət daxil olub. Təkcə noyabr ayında Türkiyə məhkəmələrindən narazı olanların sayı 55 nəfər olub.

Şimal qonşumuz ruslar da kifayət qədər yerli məhkəmələrin qərarlarından narazı qalanlar sırasındadır. Rusiya Federasiyasından son 10 ildə 8478 ərizə Avropa Məhkəməsinə daxil olub. Təkcə, noyabr ayı nda bu rəqəm 153 olub.

Gürcüstandan bu illər ərzində Avropa Məhkəməsinə 765 şikayət daxil olub. Gürcüstan Avropa Məhkəməsinə müraciət edənlər arasında azalma müşahidə olunan ölkələr sırasındadır. Noyabr ayında Gürcüstandan Avropa Məhkəməsinə cəmi 4 şikayət ərizəsi daxil olub.

Ümumilikdə son 10 il ərzində Avropa Məhkəməsinə ən çox şikayət ərizəsi daxil olan ölkələrə İtaliya başçılıq edir. Son 10 ildə İtaliyadan Avropa Məhkəməsinə 19641 şikayət ərizəsi daxil olub.

Növbəti pillədə Türkiyə dayanır.( 17595 ərizə)
Üçüncü yerdə Fransa (9517)
Dördüncü yerdə Rusiya ( 8478)
İlk beşliyi ilə Ruminiya yekunlaşdırır ( 6822)
Son 10 ildə ən az şikayət ərizəsi daxil olan ölkə isə Çexiyadır. Cəmi 7 şikayət ərizəsi.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2633