Olimpiya təqaüdünün məbləği artdı - FƏRMAN
22:32 23 Dekabr 2016
Femida.az xəbər verir ki, fərmanda qeyd olunur:
`Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanın olimpiya çempionlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilsin.
2. “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594; 2006, № 5, maddə 403; 2008, № 1, maddə 5, № 9, maddə 793) 1-ci hissəsinin birinci cümləsində “min” sözü “1300 (min üç yüz)” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir`.
Femida.az
Oxunub: 1202
Oxşar xəbərlər
- Olimpiya Stadionu azarkeşlərə müraciət etdi
- Olimpiya Stadionu ilə bağlı təklifə `Qarabağ`dan CAVAB
- Olimpiya çempionuna cinayət işi açıldı - Ölüm hadisəsinə görə
- Olimpiya çempionu qəza törətdi - Ana və oğul komaya düşdü
- Olimpiya Stadionu SOCAR-dan alındı
- Olimpiya çempionu ölü tapılıb
- Olimpiyaçımızda dopinq aşkarlanıb
- Olimpiya çempionumuz 1/4 finalda
- Olimpiya məşəlini daşıyan həkim öldü
- Olimpiyadada ŞOK: 44 idmançı “gey” və “lezbiyan” çıxdı