Natiq Əliyevdən neftlə bağlı nikbin proqnoz
20:17 05 Yanvar 2017
“OPEK-in iclasları çərçivəsində görülən tədbirlərin dünya bazarında neftin qiymətlərinə təsiri oldu”.
Femida.az xəbər verir ki, bunu Trend-ə Energetika naziri Natiq Əliyev deyib.
Nazir hesab edir ki, həmin tədbirlərin bundan sonra da təsiri olacaq:
“Ancaq o qədər də böyük təsir gözləmək lazım deyil. Biz hesab edirdik ki, iclasda qəbul edilən qərarlar neftin bir barelinin qiymətini 60 dollara qədər artırsın”.
N.Əliyevin fikrincə, bu il dünya bazarında neftin qiyməti dünya iqtisadiyyatının inkişaf tempindən asılı olacaq: “Bu il dünya iqtisadiyyatında böyük sıçrayış olacaqsa, iqtisadi inkişaf tempi müşahidə olunacaqsa, onda neftin qiyməti daha da bahalaşa bilər”.
Femida.az
Oxunub: 1300
Oxşar xəbərlər
- Natiq Cəfərlinin barəsindəki cinayət işinə xitam verilib
- Natiq Əliyevin qırxı Heydər məscidində veriləcək
- Natiq Əliyevin cənazəsi mərasim zalında - YENİLƏNİB
- Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunacaq
- Natiq Əliyev vəfat etdi
- Natiq Əliyevin vəziyyəti stabilləşib
- Natiq Əliyev “Amerikan Xəstəxanası”nda müalicə alır
- Natiq Əliyev təcili Türkiyəyə aparıldı
- Natiq Əliyevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA
- Natiq Kərimova hökm oxunub