Türkiyə və Azərbaycan arasında aviareyslər təxirə salınıb


17:55     08 Yanvar 2017 2367256f-6bf3-4c6a-8f28-f9ba2c1a2306.jpg

Türkiyə və Azərbaycan arasında həyata keçiriləcək uçuşlar təxirə salınıb.


Femida.az-ın Türkiyə Hava Yollarının (THY) rəsmi səhifəsinə istinadən verdiyi xəbərə görə, uçuşların təxirə salınmasına səbəb qarlı hava şəraitidir.

İstanbul Atatürk Hava Limanından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və əks istiqamətdə 8-9 yanvar tarixlərində həyata keçirilməsi nəzərdə tutulan 5 uçuş təxirə salınıb.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar THY ümumilikdə 471 uçuşunu müvəqqəti dayandırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1158