Türkiyədə qəhrəman polisə heykəl ucaldılacaq


15:34     13 Yanvar 2017 80272.jpg

İzmirdə törədilən terror aktı zamanı şəhid olan polis əməkdaşı Fethi Sekinin adının əbədi yaşadılması üçün heykəl ucaldılacaq.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İzmir Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, İzmir Məhkəməsinin yerləşdiyi “İslam Kərimov” küçəsinin adı dəyişdirilərək “Fethi Sekin” adlandırılıb. Bundan başqa, İzmirdə bir parka və bir məktəbə Fethi Sekinin adı verilib.

Prokurorluğun yaydığı məlumata görə, yaxın vaxtlarda İzmir şəhərində qəhrəman polisin heykəli də ucaldılacaq.

Qeyd edək ki, 43 yaşlı polis əməkdaşı terrorçuların 5 yanvar 2017-ci il tarixində İzmir Məhkəməsinə silahlı hücum zamanı qəhrəmanlıq nümayiş etdirib. Fethi Sekin ədliyyə binasının önündə terror təhlükəsini hiss edərək “canlı bombalar”la son nəfəsinədək vuruşub. O, terrorçularından birini öldürə bilsə də, özü də şəhid olub.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3713