Türkiyə Gürcüstana ən çox investisiya yatıran ölkədir


02:32     15 Yanvar 2017 yasintemizkan1.jpg

"Türkiyə iş adamları Gürcüstanda 4 beşulduzlu mehmanxana, 5 zavod və xəstəxana tikiblər"


Bu barədə Türkiyənin Batumidəki baş konsulu Yasin Temizkan “Anadolu” agentliyinə bildirib. Baş konsulun sözlərinə görə, Acarıstanda 400 türk şirkəti fəaliyyət göstərir və bu şirkətlərdə 20 min nəfər yerli əhali çalışır.

Y. Təmizkan qeyd edib ki, türk iş adamları nəinki Gürcüstan paytaxtına investisiya yatırır, eyni zamanda ölkənin regionlarında da müxtəlif layihələr həyata keçirirlər.

Diplomat Türkiyə-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu və ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini bildirib.

Baş konsul Y. Təmizkan Türkiyənin Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu deyib. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1113